"Real" "Las-Palmas"dan iki futbolçunu transfer etmək istəyir

17:18 - 2 Aprel 2024

"Real" heyətini gücləndirib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi "Las Palmas"ın iki futbolçusunu birdən transfer etmək istəyir. 

Kanar adaları təmsilçisinin futbolçuları Kiran Rodriqes və Alberto Moleyro üçün danışıqlara başlayıb. 

"Las Palmas" iki futbolçu üçün "Real"dan 40 milyon avro tələb edib. "Kral klubu" isə daha aşağı məbləğə hər iki yarımmüdafiəçini Madridə gətirmək niyyətindədir. 

Həm Kiran, həm də Moleyro “Las-Palmas”ın yetirməsidir və yalnız bu klubda oynayıb.

Xəbər xətti