Hüseynovun komandası yenə məğlub oldu

09:49 - 3 Aprel 2024

Bolqarıstan çempionatında 27-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, U-21 yığmamızın kapitanı Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "Etar"ın qonağı olub.

Hüseynovun komandası rəqibinə 1:2 hesabı ilə uduzub.

Meydana start heyətində çıxan Cəlal sona qədər oynayıb. 

"Arda" 36 xalla 7-ci pillədədir. 

Xəbər xətti