Şahruddinin komandası "Fənərbaxça"ya qarşı

10:49 - 3 Aprel 2024

Türkiyə Superliqasında 31-ci turun matçları davam edir.

Sportal.az xəbər verir ki, dörd oyun baş tutacaq. 

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" "Fənərbaxça" önünə çıxacaq. 

Matç İstanbulda keçiriləcək.

"Adana Demirspor" 39 xalla 10-cu, "Fənərbaxça" isə 79 xalla 2-ci pillədədir. 

Türkiyə Superliqası, 31-ci tur

3 aprel

18:00. "Sivasspor" - "Fatih Karagümrük"
21:30. "Kayserispor" - "Kasımpaşa"
21:30. "Fənərbaxça" - "Adana Dəmirspor"
21:30. "Konyaspor" - "Trabzonspor"

Xəbər xətti