Azərbaycan milli komandasının yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gətiriləcək.
Sportal.az “Спорт-Экспресс”ə istinadən xəbər verir ki, AFFA Stanislav Çerçesova tezliklə rəsmi təklif göndərəcək.
Amma hələ ki, 60 yaşlı mütəxəssis rəsmi təklif almayıb.
Rusiyalı həmkarlarımızın iddiasına görə, son seçkilərdən sonra AFFA-nın yeni rəhbərliyi nəhayət ki, millinin baş məşqçisi fiquru ilə bağlı qərar verməlidir və Çerçesov bu vəzifəyə əsas namizədlərdən biridir.
saytlarin hazirlanmasi