Cənubi Koreya çempionatında 5-ci turun matçları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" növbəti görüşünə çıxıb.
Antonun komandası "Ulsan"la üz-üzə gəlib və 2:0 hesabı ilə qələbə qazanıb.
Meydana start heyətində çıxan millimizin üzvü əlavə edilmiş dəqiqələrdə sarı vərəqə ilə cəzalandırılıb.
"Daejeon" 5 xalla 7-ci pillədədir.
saytlarin hazirlanmasi