Qurban Qurbanov tapşırıq verdi - "Qarabağ" yeni qapıçı transfer edir

18:11 - 29 May 2024

Andrey Lunyovun "Qarabağ"dan gedəcəyi artıq dəqiqləşib. Rusiyalı qapıçı ölkə kubokunun final matçından sonra klubun düşərgəsini tərk edəcək. 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanov skautlara qapıçı axtarışlarına başlamaqla bağlı tapşırıq verib. Artıq təcrübəli məşqçiyə bir neçə uyğun variant təklif olunub, həmin qapıçıların hazırlıq səviyyəsinin incələnməsi aparılır. 

Qeyd edək ki, son zamanlar optimal formasından uzaq olan Lunyovla bağlı sıxıntılar var idi. Klub qarşısında aşırı maliyyə tələbləri qoyan qapıçının davranışı da ümumi ab-havaya mənfi təsir edirdi. 

Xəbər xətti