Portuqaliya millisinin hücumçusu Andre Silva icarə əsasında çıxış etdiyi "Real Sosyedad"dan ayrıldığını açıqlayıb.
Sportal.az xəbər verir ki, müqavilə ilə “Leyptsiq”ə məxsus olan portuqaliyalı Almaniya klubuna qayıdıb.
O, La Liqa klubundan ayrılığı haqda bunları yazıb:
"Real Sosyedad”a təşəkkürümü bildirmək istəyirəm. Bütün çətinliklərə baxmayaraq, məqsədimə çatmaq üçün həmişə maksimumu göstərmişəm. Bu ailənin bir hissəsi olmaq, unudulmaz bir ildən həzz almaq və komandanın ardıcıl beşinci dəfə avrokuboklara çıxmasına kömək etmək şərəf idi. Dəstəyiniz üçün təşəkkür edirik. “Real Sosyedad” inanılmaz klubdur".
28 yaşlı hücumçu mövsümün əvvəlində İspaniya klubuna icarəyə verilmişdi. Onun “Leyptsiq”lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Andre karyerası ərzində “Porto”, “Milan”, “Sevilya”, “Ayntraxt”(Frankfurt) komandalarının formalarını geyinib.
saytlarin hazirlanmasi