Maksim Medvedev karyerasını başa vurdu

20:30 - 2 İyun 2024

"Qarabağ"ın kapitanı Maksim Medvedev peşəkar karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, Azərbaycan Kubokunun "Zirə" ilə final matçından öncə bu barədə məlumat verilib.

35 yaşlı müdafiəçiyə xatirə hədiyyəsi təqdim olunub. Təcrübəli futbolçu final oyununda ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. Azərbaycan milli komandasının sabiq üzvü Ağdam təmsilçisinin heyətində 552 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti