"Qarabağ"ın sabiq forvardı qol vurdu, komandası yüksək liqaya qayıtdı

11:13 - 3 İyun 2024

Fransa Liqa 1-ə vəsiqə qazanan sonuncu komandanın adı da dəqiqləşib. 

Sportal.az xəbər verir ki, "Mets" "Sent-Etyen"i qonaq edib. İlk oyunda 2:1 qalib gələn sent-etyenlilər səfər görüşündə rəqibinə 1:2 uduzub. Əlavə vaxtda isə "Qarabağ"ın sabiq forvardı İbrahima Vadji 117-ci dəqiqədə qol vuraraq "Sent-Etyen"i Liqa 1-ə çıxarıb.

Qeyd edək ki, Vadji 2022-ci ilin yayında "Qarabağ"dan Fransa klubuna transfer olmuşdu. 

Xəbər xətti