Marko Yankoviç: "Səbirsizliklə daha böyük nailiyyətlər gözləyirik"

10:18 - 4 İyun 2024

“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi komandasının Premyer Liqa və Azərbaycan Kubokunu qazanaraq "qızıl dubl" qazandığı mövsümün yekunlarından yazıb:

“Biz gözəl mövsümü və klubumuzun tarixində əbədi olaraq qalacaq bir çox unudulmaz anları geridə qoyduq. Amma bütün bunlar artıq geridə qaldı, indi gələcəyi düşünürük. Səbirsizliklə daha böyük nailiyyətlər gözləyirik. Bu uzun səyahətin bir parçası olan klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərə təşəkkür edirəm".

28 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti