"Qarabağ" qapıçısı Andrey Lunyovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023-cü ilin yayından "Qarabağ"da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
saytlarin hazirlanmasi