"Qarabağ"ın futbolçusu Juninyo instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun forvardı şəxsi hesabında bunları yazıb:
“Həyatımda hər şeyə görə Allaha şükür edirəm. Bu mövsüm üçün çox xoşbəxtəm. Amma yenə də “Qarabağ”la əldə etdiyimiz hər şeyə görə xoşbəxtəm. Təşəkkürlər”.
27 yaşlı hücumçu 2023-cü il iyulun 1-də “Şaveş”dən “Qarabağ”a keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi