DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qarabağ"ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde milli komandası səfərdə Kamerunun qonağı olub. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Patrik Andrade də bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana daxil olub.
3 turdan sonra 4 xal toplayan Kabo-Verde yığması qrupda 6 komanda arasında 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi