DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde milli komandası doğma meydanda Liviyanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Patrik Andrade də bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 82-ci dəqiqədə əvəzlənib.
4 turdan sonra 7 xal toplayan Kabo-Verde yığması qrupda 6 komanda arasında 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi