Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

14:18 - 19 İyun 2024

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.

Azərbaycan çempionu ikinci mərhələdə “Linkoln” (Cəbəllütariq) – “Hamrun Spartans” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçı səfərdə keçirəcək. 

İkinci turun oyunları 23/24 və 30/31 iyul tarixlərində baş tutacaq.

Xəbər xətti