Bu gün Futbol Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, “Sabah” və “Sumqayıt” da rəqiblərini tanıyıb. Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
"Sumqayıt"ın rəqibi Macarıstanın "Fehervar" klubu olacaq. "Sabah" isə İsrailin "Makkabi" (Hayfa) klubu ilə üz-üzə gələcək.
****
Püşkatmadan əvvəl "Sabah" və "Sumqayıt" müxtəlif qruplara bölünüb. “Sumqayıt” 2-ci, “Sabah” isə 9-cu qrupda yer alıb.
“Sabah”ın potensial rəqibləri arasında aşağıdakı klublar yer alır:
“Makkabi” (Hayfa, İsrail), “Astana” (Qazaxıstan), AEK (Kipr), həmçinin 1-ci turun “Marsaxlokk” (Malta) – “Partizani” (Albaniya) cütünün qalibi.
“Sumqayıt”ın potensial rəqibləri arasında “Başakşəhər” (Türkiyə), “Hapoel” (Beer Şeva, İsrail), Omoniya (Kipr), “Fehervar” (Macarıstan), “Sent-Qallen” (İsveçrə) klubları var.
“Zirə” Avropa Liqasının vəsiqəsinin 1-ci mərhələsində məğlub olacağı təqdirdə, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində yer alacaq potensial rəqibini də tanıyacaq. Qəsəbə təmsilçisi 5-ci qrupa düşüb və püşkatmada yer alacaq. "Zirə"nin potensial rəqibləri aşağıdakı klublardır:
"Riqa" (Latviya), "Olimpia" (Sloveniya), "DAK 1904" (Slovakiya), "Banik" (Çexiya), həmçinin VPS (Finlandiya) - "Jalqris" (Litva) cütünün qalibi.
İkinci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
saytlarin hazirlanmasi