"Turan Tovuz" daha bir qapıçı transferini reallaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sergey Samok Tovuz klubu ilə anlaşıb.
Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.
Qeyd edək ki, ondan əvvəl isə "Turan Tovuz" İvan Konovalovla anlaşmışdı.
saytlarin hazirlanmasi