Kadi Avstriyada "Qarabağ"ın sıralarına qoşulacaq – SON DƏQİQƏ

18:58 - 27 İyun 2024

Bugünlərdə Kadi Borgesin "Qarabağ"a qayıtmaq ərəfəsində olduğu ilə bağlı xəbər vermişdik.

Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, hazırda Rusiyanın "Krasnodar" klubuna məxsus olan braziliyalı futbolçu tezliklə Ağdam təmsilçisinin sıralarına qatılacaq.

Belə ki, 28 yaşlı "sambaçı" "Qarabağ"ın Avstriyada keçəcəyi təlim-məşq toplanışı zamanı "köhlən atlar"ın düşərgəsinə qoşulacaq.

Bildirək ki, Kadinin Rusiya klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2021/22 mövsümündə "Qarabağ"ın formasını geyinib.

Xəbər xətti