"Qarabağ"ın legioneri "Ferentsvaroş"a keçir

15:18 - 4 İyul 2024

"Qarabağ"ın futbolçusu Julio Romaonun "Ferentsvaroş"a transfer ola biləcəyi yenidən gündəmə gəlib.

Sportal.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

"Csakfoci" portalı Macarıstan nəhənginin "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisini transfer siyahısına daxil etdiyini yazıb.

Xatırladaq ki, "Ferentsvaroş" ötən mövsüm Romaoya gözünü dikmişdi.

Futbolçunun "Qarabağ"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

26 yaşlı futbolçu 2020-2022-ci ildə “Santa-Klara”da oynadıqdan sonra iki il əvvəl “Qarabağ”a keçib.

Xəbər xətti