Qurban Qurbanov: "Bəzi texniki səhvləri aradan qaldırmalıyıq"

09:17 - 10 İyul 2024

"Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi”.

Sportal.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Avstriyada keçirdikləri iki yoxlama matçı haqda da fikirlərini bölüşüb: "Avstriyadakı ilk oyun günü yaxşı alındı. Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”.

Qurban Qurbanov Avstriyada davam edən təlim-məşq prosesi haqda isə bunları bildirib: "Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.

Qeyd edək ki, “Qarabağ” dünən lk yoxlama matçında "Kayzerslautern"ə 1:3 uduzub, Çexiyanın “Viktoriya” (Plzen) klubunu 2:1 məğlub edib.

Xəbər xətti