"Əl-Nəsr"dən "Qarabağ"ın yarımmüdafiəçisi üçün təklif

16:56 - 12 İyul 2024

“Qarabağ” əlcəzairli yarımmüdafiəçisi Yasin Benzia xaricdən növbəti təklif alıb.

Sportal.az azerisport.com-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubu 29 yaşlı futbolçunu öz sıralarında görmək istəyir. Ərəblərin nümayəndələri bu yay Benzia ilə müqavilə bağlamaq istəyirlər. Yay aylarında məsələ nəhayət həllini tapacaq.

Qeyd edək ki, Benzianın Ağdam təmsilçisi ilə növbəti mövsümün sonuna qədər qüvvədə olan müqaviləsi var.

Xəbər xətti