"Qarabağ"ın qapıçısı zədələndi

16:11 - 14 İyul 2024

"Qarabağ"ın qolkiperi Amin Ramazanov zədələnib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, məşq zamanı sıradan çıxıb.

Ramazanovun müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb.

"Qarabağ"ın qapıçısı yaxın günlərdə əməliyyat ediləcək. U-21 yığmamızın üzvünün 8 aydan çox yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Azərbaycan çempionu hazırda Avstriyada təlim-məşq toplanışındadır və Ağdam klubu iyulun 17-də Bakıya qayıdacaq. 

Xəbər xətti