Mahir Emreli Azərbaycandan 2 təklif aldı: Yeni klubu bəllidir

19:21 - 15 İyul 2024

Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Azərbaycana qayıdır.

Sportal.az xəbər verir ki, 27 yaşlı forvard "Qarabağ"a keçəcək. Bu barədə "24sata.hr" portalı məlumat yayıb.

Azərbaycan milli komandasının üzvü Ağdam təmsilçisi ilə bütün şərtləri razılaşdırıb. Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.

Azərbaycanın daha bir klubu Mahiri transfer etmək istəyib. Belə ki, "Sabah" təcrübəli hücumçunun xidmətində maraqlı olub. Lakin futbolçu "Qarabağ"da oynamağı üstün tutub.

Qeyd edək ki, Mahir Emreli 2015-2021-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir.

Xəbər xətti