"Linkoln" - "Qarabağ" matçının vaxtı açıqlandı

09:55 - 17 İyul 2024

"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Linkoln"la oyunlarının vaxtı açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu ilk matçını səfərdə keçirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda iyulun 23-də Bakı vaxtı ilə 20:00-da Cəbəllütariqdəki "Europe Point" stadionunda oyuna çıxacaq.

Bakıdakı cavab matçı isə iyulun 30-da baş tutacaq. 

Xəbər xətti