"Qarabağ"ın futbolçusu: "Hədəfimiz hər zaman olduğu kimi böyükdür"

18:53 - 17 İyul 2024

"Qarabağ"ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlama verib.

Sportal.az xəbər verir ki, o, bu gün başa çatan Avstriya toplanışı və hazırlıq çərçivəsində keçirilən son iki yoxlama oyunu barədə fikirlərini bildirib:

“Hazırlıq prosesinin həm Bakı, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə baş tutdu. Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimi kimi keçdi. Hamımızın məqsədi eynidir. Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyirik. Ümid edirəm ki, bu əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven” və “Şəbəb Əl-Əhli” ilə  matçlarda istədiklərimizin böyük hissəsini göstərə bildik. Öz oyunuma gəlincə, formamı bərpa etmək üzrəyəm və tezliklə istənilən səviyyəyə çatacam”.

Kabo-verdeli yarımmüdafiəçi komandanın məqsədinə toxunub və azarkeşlərə səslənib: “Hədəfimiz hər zaman olduğu kimi böyükdür. Hər kəs məqsədimizi bilir. Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Stadiona gəlin və hədəfimizə bir yerdə çataq”.

Xəbər xətti