"Şerif" Avropa Liqası I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Zirə"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, Moldova təmsilçisinin baş məşqçisi Yuriy Hura matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyunda heyətdə moldovalı futbolçu yox idi. Buna necə aydınlıq verə bilərsiz?
- Bizim komandada moldovalı futbolçular var. Sadəcə oyunun statusu fərqlidir. Qərara gəldik ki, əcnəbi oyunçulara şans verək.
- Bakı həm də çimərlik şəhəridir. Sabahkı oyunda futbolçularınızı dənizə aparmaq planınız yoxdur?
- Xeyr. Belə planımız yoxdur. Bizdə də istidir, Bakıda da hava çox istidir. Sadəcə nəmişlikdir.
- Qorxmursuz ki, sabah isti sizin zərərinizə olar?
- Hər iki komanda üçün isti olacaq. Tiraspolda da sərin deyildi.
- Ayyub Allaşdan Azərbaycan və ya "Zirə" haqda soruşmuşdunuz?
- Onunla danışmışdıq. Müəyyən fikirlər almışdım. Azərbaycan futbolu haqda məlumat vermişdi. "Zirə" ilə bağlı isə standart vəziyyətlərdəki davranışlarından danışdı.
- Püşkatmada rəqibin adı "Zirə" olanda, ilk oyunda evdə bu cür nəticə ilə qarşılaşacağınızı düşünürdüz? Uğurlu püşkdür?
- Deməzdim ki, "Zirə"dən qorxmuşduq. Püşk "Zirə"ni çıxardı. Biz evdə oynadıq, uduzduq. Amma sabah da oyun var. Sabah bu nəticəni düzəltməyə çalışacağıq.
- İlk oyunda uduzsanız da, yenə favorit göstərilirsiz. Bu, komandaya necə təsir göstərir?
- Komandaya heç bir təsir etmir. Biri var ki, favorit sayılmaq, biri də var meydanda sübut etmək.
- Üç il öncə səfərdə "Real"ı məğlub edən komanda "Zirə"ni keçə bilməsə, bu klubda, Moldovada necə qarşılanacaq?
- Təbii ki, "Zirə"dən güclü olduğumuzu göstərmək istəyirik. Bunu sübut etmək niyyətindəyik. Sabah oyunumuz var.
- İlk oyundakı məğlubiyyətdən sonra klub rəhbərliyi sizə sonuncu oyundur dedi?
- Belə söhbət olmadı. Amma onu deyə bilərəm ki, hər məşqçi və hər klub prezidenti qələbə qazanmaq istəyir.
- Rəşad Sadıqovu tanıyırdız? O, "Qarabağ"ın heyətində futbolçu kimi "Şerif"ə qarşı oynayıb...
- Bəli, çox yaxşı tanıyırıq. Köməkçim onunla Türkiyədə oynayıb. Ondan da kifayət qədər məlumat əldə etmişik. Püşk bəlli olandan sonra dərhal ilk işimiz rəqibi və baş məşqçini analiz etməkdir.
- Həmyerliniz Roman Qriqorçuk "Neftçi"yə baş məşqçi təyin edildi. O, Azərbaycan futbolunu yaxşı tanıyır. Qriqorçukla danışıb, "Zirə" haqda məlumat almısız?
- Xeyr, onunla danışmamışıq. O, artıq "Neftçi"yə keçib. "Çernomorets" yığılırdı, o, "Neftçi" ilə toplanışa yollandı. Hazırlıqla məşğul idilər deyə, narahat etmək istəmirdim.
- Bakıya ilk səfərinizdir? Nə vaxtsa, bura gəlmisiz? Azərbaycanda işləmək variantınız olub?
- Bakıya ilk gəlişimdir. 2001-ci ildə Qazaxıstanda, "Aktau"da oynayanda, Bakıya o tərəfdən baxırdım.
- Penaltilər seriyasına hazırlaşacaqsız?
- Bütün ssenariləri düşünmüşük və müvafiq hazırlıqlarımızı görmüşük.
Mirbağırağa
saytlarin hazirlanmasi