"Şerif"in futbolçusu: "Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq"

19:30 - 17 İyul 2024

"Şerif"in futbolçusu Peter Ademo Avropa Liqası I təsnifat mərhələsinin "Zirə" ilə cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az nigeriyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- İlk oyunda uduzmusunuz. İndi nəyə ümid edirsiz?

- Bir həftə ərzində məşq etdik. Xüsusilə də ilk oyundakı səhvlərin üzərində işləmişik. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq.

- "Zirə" diqqətinizi nə ilə çəkdi?

- Kimisə vurğulamaq istəməzdim. Komanda şəklində bilirdik ki, çətin rəqib olacaq. Hazırlığımız da komanda üzərində qurulub, fərdlər üzərində deyil.

- Komanda yeni qurulub. Futbolçular bir-birinə uyğunlaşıb?

- Öyrəşmişik. Artıq bir aydır ki, birlikdəyik. Gündən-günə daha da artırırıq.

- Azərbaycan futbolu deyəndə, ağlınıza gələn nədir? Azərbaycan klublarından nə vaxtsa təklif almısız?

- Bakının bu qədər gözəl olacağını gözləmirdim. Azərbaycan klublarından isə təklif almamışam.

Mirbağırağa

Xəbər xətti