"Qarabağ"ın legioneri haqda: "Bu, onun vizit kartına çevrildi"

15:18 - 18 İyul 2024

Əlcəzair mətbuatı “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın BƏƏ-nin “Şabab Əl-Əhli” klubu ilə Avstriyadakı yoldaşlıq görüşündə (5:2) vurduğu qol haqda yazıb.

Sportal.az xəbər verir ki, “Fennec Football” “Qarabağ”ın futbolçusu barədə bunları qeyd edib:

"Dubayın “Şabab Əl-Əhli” komandası ilə yoldaşlıq görüşündə Benzia cərimə zərbəsini ustalıqla yerinə yetirərək hesabı açdı. Bu qol futbolçunun çoxsaylı texniki nailiyyətlərindən yalnız biridir. O, artıq akrobatik qolları ilə tanınır. Bu, əlcəzairli yarımmüdafiəçi üçün vizit kartına çevrildi. Benzia hazırda yeni mövsümə hazırlaşan klubu ilə birlikdə Avstriyadadır. Onun yoldaşlıq oyunlarında göstərdiyi möhtəşəm çıxışlar qarşıdan gələn mövsüm üçün yaxşı performans vəd edir. “Qarabağ”ın və Əlcəzair millisinin azarkeşləri Benziyanın rəsmi matçlarda onlara nə hazırlayacağını səbirsizliklə gözləyirlər. İnanılmaz qollar vurmaq və oyunlara həlledici təsir göstərmək bacarığı onu klubu üçün dəyərli oyunçuya, Əlcəzair millisinin azarkeşləri üçün qürur mənbəyinə çevirir”.

2023-cü il yanvarın 26-da "Qarabağ"la müqavilə imzalayan 29 yaşlı futbolçu 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

Xəbər xətti