"Qarabağ" təzminat tələb etdi, "Lokomotiv" geri çəkildi

13:22 - 18 İyul 2024

"Qarabağ"ın forvardı "Lokomotiv"in transfer siyahısında yer alıb.

Sportal.az xəbər verir ki, Rusiya klubu Juninyonu heyətinə qatmaq istəyib.

Amma sonradan bu transferdən vaz keçib. 

Moskva klubunun rəhbərliyi Juninyo üçün "Qarabağ" rəhbərliyi ilə danışığa keçib. Lakin 27 yaşlı futbolçu üçün açıqlanan qiymətdən sonra "Lokomotiv" transferdən imtina etmək qərarına gəlib.

27 yaşlı forvard 2026-cı il iyunun 30-na qədər "Qarabağ"a məxsusdur.

Xəbər xətti