"Linkoln" - "Qarabağ" matçının hakimləri açıqlandı

18:20 - 18 İyul 2024

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Linkoln”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq görüşə Macarıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı İstvan Vad idarə edəcək. Vencel Toth və İstvan Albert oyunun baş hakiminin köməkçiləri olacaqlar. Bence Csonka dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ"ın mövsümdəki ilk oyunu iyulun 23-də “Europa Point Stadium”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Linkoln” - “Qarabağ”
Baş hakim: İstvan Vad
Baş hakimin köməkçiləri: Vencel Toth, İstvan Albert
Dördüncü hakim: Bence Cso

Xəbər xətti