"Qarabağ"ın "Linkoln"la oyunlar üçün heyəti

19:16 - 18 İyul 2024

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportal.az xəbər verir ki, “Linkoln”la (Cəbəllütariq) matçların iştirak ərizəsində 24 futbolçu yer alıb.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 19. Redon Cica, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, “Linkoln”la ilk oyun iyulun 23-də Cəbəllütariqdə, cavab görüşü ayın 30-da Bakıda keçiriləcək.

Xəbər xətti