"Qarabağ"a görə hansı klubun təklifindən imtina etdi?

11:49 - 19 İyul 2024

“Qarabağ”ın heyətinə qatdığı Şahruddin Məhəmmədəliyevə bir çox klublardan təkliflər olub.

Sportal.az saytına verilən məlumata görə, Rusiya, BƏƏ və Türkiyə klubları Məhəmmədəliyevlə müqavilə imzalamaq istəyib.

Xüsusən də, 2024/2025 mövsümündə də Türkiyə Superliqasında yarışacaq “Kayserispor” Şahruddini israrla heyətinə qatmaq istəyib. Lakin millimizin qapıçısı “Qarabağ”dan təklif gəlincə, ilk seçimini məhz Ağdam klubundan yana edib.

Qeyd edək ki, Azərbaycan çempionu Məhəmmədəliyevlə 1 illik müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na qədər “Qarabağ”a məxsus olacaq.
 

Xəbər xətti