Cəbəllütariq səfərindən öncə Qurban Qurbanovun brifinqi olacaq

21:52 - 20 İyul 2024

"Qarabağ" UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün II təsnifat mərhələsinin hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, ilk oyununu səfərdə keçirəcək Azərbaycan çempionu Cəbəllütariqə yollanmazdan öncə son məşqinə sabah çıxacaq.

“Azersun Arena”da başlayacaq hazırlıqdan öncə komandanın baş məşqçisi Qurban Qurbanovun brifinqi təşkil olunacaq. Brifinq saat 17:00-da başlayacaq. Ardınca ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olan məşq prosesi start götürəcək.

Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Xəbər xətti