Qurban Qurbanov daha 3 transfer istədi - "Qarabağ" axtarışları davam etdirir

00:10 - 21 İyul 2024

Çempionlar Liqasında qüvvəsini sınayacaq «Qarabağ» hazırda 3 mövqeyə yeni oyunçu axtarır. Ağdam klubu 1 qapıçı və 2 cinah yarımmüdafiəçisi transfer etməyi planlaşdırır.

Qurban Qurbanov hansı legionerləri öz sərəncamında görmək istəyirsə, bu barədə menecerləri məlumatlandırıb. Baş məşqçi avqustun ortasınadək danışıqları yekunlaşdırmağı tapşırıb.

Ölkə çempionu bu yay hələlik 3 keçidi rəsmiləşdirib.«Köhlən atdar» keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyev və hücumçusu Musa Qurbanlını geri qaytarıbsa, «Vizela»dan (Portuqaliya) Fabian Buntiçlə 3 illik müqavilə bağlayıb (sportinfo.az)

Xəbər xətti