Norveçli "Qarabağ"ın ÇL-in qrupuna düşmək şanslarını dəyərləndirdi: "Onlar çox güclüdür"

11:49 - 22 İyul 2024

"Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunissi Sportal.az saytına açıqlama verib.

Ağdam klubunun formasını geyinmiş norveçli bu komandanın Çempionlar Liqasındakı şanslarından bəhs edib.

Aktiv futbolçu karyerasını bu yay başa vuran Elyunissi Azərbaycan çempionunun ÇL-in qrupuna düşəcəyinə inandığını deyib:

"Qarabağ" "Linkoln"la görüşlərin favoritidir. Sabiq komandanm çox güclüdür. Məncə, onlar təsnifat mərhələlərini uğurla keçəcəklər. Təbii ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşə bilər. Bu komanda son mövsüm Avropa Liqasında çox yaxşı performans göstərdi. Əla və çox güclü təsir bağışladı. Məncə, "Qarabağ"ın avrokuboklarda ildən-ilə təcrübəsi də artır. Yenidən Çempionlar Liqasının qrup mərhələsində iştirakları realdır. “Qarabağ” çox güclü komandadır. Onlara uğurlar arzulayıram. "Qarabağ"ı ÇL-in qrupunda görmək və onları televizordan izləmək çox maraqlı olacaq".

Xəbər xətti