"Qarabağ"ın üçüncü mərhələdəki potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

14:15 - 22 İyul 2024

Bu gün UEFA Çempionlar Liqasında üçücnü təsnifat mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirə Bakı vaxtı ilə saat 14:00-da start verilib.

Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

"Qarabağ" ikinci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubunu keçərsə, növbəti mərhələdə  “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.

Xəbər xətti