Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın Çempionlar Liqasında mübarizəni dayandıracağı təqdirdə, kiminlə qarşılaşacağı məlum olub. Ağdam təmsilçisi "Linkoln" səddini keçə bilməsə, Avroliqada "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlsə, məhz "Lüdoqorets" - "Dinamo" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
saytlarin hazirlanmasi