Çempionlar Liqası: "Qarabağ" "Linkoln"u məğlub etdi - YENİLƏNİB

21:54 - 23 İyul 2024

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin matçlarına start verilib.

Sportal.az xəbər verir ki, "Qarabağ" Cəbəllütariqdə meydana çıxıb.

Rəqib isə "Linkoln" olub. Ağdam təmsilçisinin rəqibini 2:0 hesabı ilə məğlub edib.

Komandalar arasındakı cavab görüşü iyulun 30-da Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” - “Qarabağ” 0:2

Qol: Juninyo, 45+2

Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa point stadium”

Xəbər xətti