"Linkoln"un futbolçusu: "Qarabağ" yüksək səviyyəli komandadır, onları analiz etmişik"

15:18 - 23 İyul 2024

Cəbəllütariqin “Linkoln” klubunun futbolçusu Xose Martinez Manuel Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı bu gün keçiriləcək ilk oyunla bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan 33 yaşlı müdafiəçisi Ağdam klubuna qarşı keçiriləcək oyun haqda bunları deyib:

"Qarabağ” yüksək səviyyəli komandadır. Bu da işimizi çətinləşdirəcək. Onlar topa sahib olmaqla meydanda üstünlük təşkil etməyə çalışacaqlar. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. “Qarabağ”ı analiz etmişik və güclü tərəflərimizdən maksimum istifadə edərək 100 faizi  meydanda qoymağa hazırıq".

Bu gün Cəbəllütariqdəki “Europa Point” stadionunda keçiriləcək "Linkoln" - "Qarabağ" matçı saat 20:00-da başlayacaq.

Xəbər xətti