"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO

09:17 - 24 İyul 2024

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında ikinci təsnifat mərhələsində ilk oyununa çıxıb. 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "Linkoln"un qonağı olub. Ağdam təmsilçisinin rəqibini 2:0 hesabı ilə məğlub edib.

Komandalar arasındakı cavab görüşü iyulun 30-da Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

“Linkoln” - “Qarabağ” 0:2
Qollar: Juninyo, 45+2, Toral Bayramov 75

Xəbər xətti