"Qarabağ"ın qələbəsi Azərbaycanın UEFA reytinqinə təsir etdi

09:34 - 24 İyul 2024

Növbəti avrokubok oyunları UEFA reytinqinə təsir edib.

Sportal.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariq “Linkoln” klubunu (2:0) məğlub edərək (2:0) 0,25 xal toplayıb.

Azərbaycan beş il ərzində ümumilikdə 17,25 xala malikdir və UEFA reytinq siyahısında 25-ci yerdədir.

Slovakiya isə Azərbaycandan irəlidədir (17,375), Kipr isə bir pillə geridə (17,225). Qeyd edək ki, “Qarabağ” – “Linkoln” matçı iyulun 30-də Bakıda keçiriləcək.

Xəbər xətti