“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün bu gün “Ludoqorets”lə oyun üçün Bolqarıstana yollanacaq.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakı vaxtı ilə 16:30-da çarter reysi ilə Varnaya uçacaq, oradan isə avtobusla Razqrada gedəcəklər.

“Ludoqorets” – “Qarabağ” matçı sabah Razqraddakı “Huvefarma Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, “Ludoqorets” Bakıda “Qarabağ”ı 2:1 məğlub edib.