"Beşiktaş" ispan müdafiəçi ilə yollarını ayırdı

16:28 - 12 Avqust 2024

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Fransisko Montero ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Beşiktaş" Fransisko Moteronu 2021-ci ilin yayında Madrid "Atletiko"sundan transfer etmişdi. İspan futbolçu öttən mövsüm icarə əsasında Portuqaliyanın "Arouka" klubunda çıxış edib.

Xəbər xətti