"Qalatasaray"ın futbolçusu ABŞ klubunun təklifindən imtina etdi

15:34 - 13 Avqust 2024

"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu daha bir klubdan imtina edib.

Sportal.az "Takvim"ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçuya MLS liqasında yarışan “Los Anceles”dən təklif gəlib.

Lakin türkiyəli Avropada qalmaq, Çempionlar Liqasında oynamaq niyyətindədir. Ona görə də, yarımmüdafiəçi həmin təklifdən imtina edib. Aktürkoğlunun Rusiya klublarından “Spartak” və “Zenit”dən də təklifi var.

Amma o, bu klublarla anlaşmaq istəməyib. Qeyd edək ki, türkiyəlinin “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

Xəbər xətti