"Qalatasaray" kolumbiyalını istəyir

10:17 - 15 Avqust 2024

"Qalatasaray" heyətini braziliyalı ilə gücləndirmək niyyətindədir.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Okan Buruk rəhbərlikdən Con Ariasın transferini istəyib.

Bu futbolçu hazırda "Fluminense"nin formasını geyinir.

Braziliya klubu Arias üçün "Qalatasaray"dan 10 milyon avro tələb edir. 

Kolumbiya millisinin 26 yaşlı futbolçusu “Amerika Kali”, “İndependyente Santa-Fe”də oynadıqdan sonra 2021-ci ildə “Fluminense”yə keçib.

Xəbər xətti