UEFA Konfrans Liqası III tənifat mərhələsinin "Ayaks"la "Panatinaikos" arasanda keçirilən cavab matçında rekord qeydə alınıb.
Sportal.az xəbər verir ki, Amsterdamda baş tutan qarşılaşmada avrokuboklar tarixinin ən uzun penaltilər seriyası reallaşıb.
Tərəflər hərəyə 17 zərbə yerinə yetirib. 34 penaltidən 25-i qol olub, 9-u isə qeyri-dəqiq nəticələnib. Yekunda "Ayaks" rəqibini 13:12 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Qeyd edək ki, komandalar arasında Yunanıstnda keçirilən ilk oyun "Ayaks"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşündə isə yunanlar eyni hesablı qəbəyə sevinib.
saytlarin hazirlanmasi