“Trabzonspor” heyətini qazaxıstanlı futbolçu ilə gücləndirə bilər.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi Qazaxıstan millisinin və “Zenit”in üzvü Nuralı Aliplə danışıqlara başlayıb.
Trabzon klubu 24 yaşlı futbolçunu ən pis halda icarəyə götürməyi planlaşdırır. Əslində, “Zenit” bu keçidə narazı deyil.
Lakin qazaxıstanlı müdafiəçi keçidə hələ ki, tam razılıq verməyib. Qeyd edək ki, Nurali 2028-ci il iyunun 30-na qədər “Zenit”ə məxsusdur. O, “Kayrat”da oynadıqdan sonra 2022-ci ildə “Zenit”ə keçib.
saytlarin hazirlanmasi