"Fənərbaxça" argentinalı üçün 11 milyon təklif etdi

15:34 - 21 Avqust 2024

"Fənərbaxça" transfer çalışmalarını davam etdirir.

Sportal.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu dəfə "Boka Xuniors"dan oyunçu transfer edəcək.

Söhbət Kristian Medinadan gedir.

"Fənərbaxça" Argentina klubuna 22 yaşlı yarımmüdafiəçi 11 milyon avro təklif edib. "Boka Xuniors" isə qarşı tərəfdən 14 milyon avro təzminat istəyib. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

Medina 2020-ci ildən "Boka Xuniors"da oynayır və onun müqavlə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. O, Argentina klubunun yetirməsidir.

Xəbər xətti