Konfrans Liqasının pley-off mərhələsinin Nikosiyada “Omoniya” və “Zirə” ilə klubları arasında keçiriləcək oyundan öncə ev sahibləri azarkeşlərə müraciət edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kipr klubu müraciətində azarkeşlərini diqqətli olmağa və aqressiv davranış nümayiş etdirməməyə çağırıb.
"Omoniya”ya UEFA tərəfindən şərti cəza verildiyinə görə, ən kiçik qayda pozuntusu GSP stadionunun qərb tribunasının bağlanmasına səbəb olacaq.
Qeyd edək ki, "Omoniya" - "Zirə" matçı sabah adıçəkilən arenada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi