Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, istanbul təmsilçisinin kapitanı Necip Uysal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk müdafiəçinin sol dizinin ön çarpaz bağlarında zədə aşkarlanıb. 33 yaşlı futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Necip Uysal "Beşiktaş"ın yetirməsidir. Təcrübəli mərkəz müdafiəçisi "qara qartallar"ın heyətində meydana çıxdığı 461 rəsmi matçda 6 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi